“Beşiktaş” və “Fənərbaxça”nın sabiq futbolçusu klubunu dəyişdi
Türkiyənin “Trabzonspor” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Komanda.az xəbər verir ki, Super Liqa təmsilçisi son olaraq “Rizəspor”da çıxış etmiş sol cinah müdafiəçisi İsmail Köybaşını transfer edib.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 32 yaşlı futbolçu ilə 2+1 illik müqavilə imzalanıb. Köybaşı yeni komandasında ilinə 5 milyon TL qazanacaq. Üstəlik, Trabzon klubu ona azad agent kimi transfer olunduğu üçün hər mövsüm 1 milyon TL imza pulu ödəyəcək. Əlavə 1 illik müqavilə qüvvəyə minsə, futbolçu üçüncü mövsümündə 5.5 milyon TL qazanacaq.
“Qaziantepspor”un yetirməsi olan Köybaşı, 2009-2016-cı illərdə “Beşiktaş”da çıxış edib. O, sonralar “Fənərbaxça” və “Qranada”da da forma geyinib. Türkiyə millisinin sabiq üzvü ötən mövsümün əvvəlindən “Rizəspor”da çıxış edirdi.
Bizi Facebook-da izləyin