“Beşiktaş” və “Fənərbaxça” mənimlə maraqlanırdı – Azərbaycan millisinin üzvü

Türkiyənin “Girəsunspor” klubunda forma geyinən Ozan Can Kökçü Azərbaycan millisini seçmə səbəbini açıqlayıb.

Komanda.az xəbər verir ki, “Radyospor”a qonaq olan Ozan, Türkiyə Futbol Federasiyası ilə problem yaşadığı dövrdə AFFA-dan gələn təklifi müsbət dəyərləndirdiyini deyib:

“İki ildir ki, Türkiyədəyəm. Mən və qardaşım türk dilini yaxşı bilirik. Türkiyə Futbol Federasiyası ilə sıxıntılarımın olduğu dövrdə Azərbaycan millisindən təklif gəldi. Mən də ona müsbət yanaşdım. Onsuz da Azərbaycanla Türkiyə qardaşdır. Mənim üçün yaxşı oldu”.

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milllisinin üzvü Ozan, qardaşı Orkun Kökçünün “Beşiktaş”dan təklif aldığıyla bağlı çıxan xəbərləri də yalanlayıb:

“Orkun ötən həftə “Feyenoord”la razılaşdı. Onun indi Türkiyəyə gəlməsinin bir mənası yoxdur. O, “Feyenoord”la müqaviləsini 2023-cü ilə qədər uzatdı və Hollandiyada çox xoşbəxtdir”.

Ozan Can Kökçü Türkiyənin “Bursaspor” klubuyla müqavilə imzalamazdən əvvəl “Beşiktaş” və “Fənərbaxça”dan təklif aldığını deyib:

“Həmin vaxt “Beşiktaş” və “Fənərbaxça” mənimlə maraqlanırdı. “Fənərbaxça”nın skautları oyunumu izləməyə gəldilər. Menecer Muzi Özcan “Fənərbaxça”dan təklif olduğunu demiş, “Bursaspor”la müqavilə bağlayarkən isə 19 dəfə zəng vurmuşdu”.

Ozan Can Kökçü 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milllisinin üzvüdür. Türkiyənin 1-ci liqa təmsilçisi “Girəsunspor”da forma geyinən Ozan, əsas milliyə dəvət almayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button