“Beşiktaş” Şenol Günəşlə ilkə imza atdı
“Beşiktaş” Türkiyə Super Liqasının 30-cu turunda “Ankaragücü” ilə ev oyunundan 4:1 hesablı qələbə ilə ayrılıb.
Komanda.az xəbər verir ki, bu, İstanbul təmsilçisinin ardıcıl 6-cı qələbəsi olub. “Beşiktaş” bu oyunlarda “Konyaspor” (3:2), “Göztəpə” (1:0), “Rizəspor” (7:2), “Başakşəhər” (2:1), “Sivasspor” (2:1) və “Ankaragücü”nə (4:1) qalib gəlib.
Maraqlıdı ki, “qara qartallar” indiki baş məşqçi Şenol Günəşin rəhbərliyi altında ilk dəfə belə uğurlu seriya yaxalayıblar. Onun çalışdırdığı kollektiv əvvəllər Super Liqada 4 və 5 oyunluq qələbə seriyasına nail olsa da, ardıcıl 6 oyunda qələbə sevincini ilk dəfə yaşayıb.
İstanbul nəhəngi sonuncu dəfə 6 oyunluq qələbə seriyasına 2014/15 mövsümündə Slaven Biliçin rəhbərliyi altında imza atmışdı.
Qış fasiləsindən sonra daha inamlı təsir bağışlayan “Beşiktaş”ın Super Liqadakı son 13 oyununda məğlubiyyətlə üzləşməməsi də diqqətçəkən məqamlardandı. Sözügedən komanda bu oyunlardan 10-da qalib gəlib, 3-də heç-heçəyə razılaşıb.
“Beşiktaş”ın forvardı Burak Yılmaz da komandası kimi, uğurlu seriya cızmaqdadı. “Ankaragücü” ilə görüşdə də dublla yadda qalan Türkiyə yığmasının hücumçusu “Beşiktaş”ın qələbə qazandığı son 6 atçın hamısında rəqib qapısına yol tapıb. Təcrübəli hücumçu bu mövsüm “Beşiktaş” formasıyla 12 oyunda 11 qola imza atıb. Bütövlükdə isə o, cari mövsümdə 16 qol vurub.
Bizi Facebook-da izləyin