“Beşiktaş”ın hədəfi – Rusiyalı futbolçu

“Beşiktaş” hücum xəttini yeni futbolçu ilə gücləndirməyi planlaşdırır.

Komanda.az “Sabah” nəşrinə istinadən xəbər verir ki, “qara qartallar” Moskva “Lokomotiv”inin hücumameyilli yarımmüdafiəçisi Anton Mirançukun xidmətində maraqlıdır. 

İstanbul təmsilçisinin idman direktoru Samet Aybaba da rusiyalı futbolçu ilə maraqlandıqlarını təsdiqləyib. Tərəflər maaş məsələsində anlaşa bilsə, transfer baş tutacaq.

Mirançuk “Lokomotiv”in yetirməsidir. Rusiyalı futbolçu bu mövsüm Premyer Liqa təmsilçisinin heyətində meydana çıxdığı 24 matçda 4 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button