“Beşiktaş” darmadağınla superkubokun qalibi oldu

İstanbulda keçirilən Türkiyə superkubokunun oyununda “Beşiktaş” “Qalatasaray”ı darmadağın edib.

Komanda.az xəbər verir ki, Atatürk Olimpiya Stadionunda baş tutmuş matçda “qara qartallar” 5 cavabsız qola seviniblər.

“Beşiktaş”ın yeni transferlərindən olan Çiro İmmobile bu görüşdə dubla imza atıb. Digər qolları Yonas Svensson, Rafa Silva və Mustafa Həkimoğlu vurublar.

Bununla da, “Beşiktaş” 10-cu dəfə Türkiyə sperkubokunu qazanıb və qələbə sayında “Trabzonspor”la bərabərləşib. “Qalatasaray” 17 kubokla turnirin rekordçusu olaraq qalır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button