
“Beşiktaş” onu icarəyə göndərdi
“Beşiktaş” futbolçusu Tayfur Bingölü icarəyə verib.
Komanda.az xəbər verir ki, 31 yaşlı müdafiəçi “Eyüspor”a 2024/2025 mövsümünün sonuna kimi icarəyə göndərilib.
Bu barədə klubun saytı məlumat yayıb.
Bingöl ötən mövsüm “Beşiktaş”ın heyətində 19 matçda meydana çıxıb, 1 qol vurub, 2 qolun ötürməsini verib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin