“Beşiktaş” “Napoli”nin sabiq futbolçusu ilə maraqlanır
“Toronto”nun vingeri Lorenso İnsinye Avropa klublarından birinin transfer hədəfinə çevrilib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Beşiktaş” “Napoli”nin sabiq futbolçusu ilə maraqlanır.
Tərəflər artıq potensial sözləşməni müzakirə edirlər. İtaliyalı futbolçunun “Toronto” ilə müqaviləsi 2026-cı ilin ortalarına qədərdir.
33 yaşlı İnsinye 2022-ci ilin yayında, karyerasının əvvəlindən oynadığı “Napoli”dən MLS klubuna keçib. O, “Toronto”da 63 oyunda 18 qol vurub və 13 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin