“Beşiktaş” “Milan”ın hücumçusunu transfer edir
Xorvatiyalı hücumçu Ante Rebiç “Milan”dan Türkiyənin “Beşiktaş” klubuna keçə bilər.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 29 yaşlı futbolçu tibbi müayinədən keçmək üçün sabah İstanbula uçacaq.
Onun transfer məbləği 1,5 milyon avro təşkil edəcək. Rebiç özü ildə 2,5 milyon avro qazanacaq. Müqavilə 2025-ci ilə qədər nəzərdə tutulacaq.
Xorvatiyalı futbolçu “Milan”a 2019-cu ildə Frankfurt “Ayntraxt”ından keçib. O, İtaliya klubunun heyətində 127 oyun keçirib, 29 qol vurub və 14 məhsuldar ötürmə verib. Rebiç 2021/2022 mövsümündə Milan klubu ilə İtaliya çempionu olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin