İddia: AFFA “Beşiktaş”ın baş məşqçisini milliyə gətirmək istəyir

“Beşiktaş” klubunun baş məşqçisi Önder Karaveli Azərbaycan yığmasının “sükanı arxasına” gətirilə bilər.

Komanda.az xəbər verir ki, bu barədə “fotospor.com” saytı məlumat yayıb. Xəbərdə, Azərbaycan Premyer Liqasında bir neçə klubun da Önder Karaveli ilə maraqlandığı bildirilib.

Bununla yanaşı, AFFA-da bəzi şəxslərin millinin “sükanı arxasında” türkiyəli mütəxəssisi görmək istədiyi iddia edilib.

Daha əvvəl Azərbaycanda “Qarabağ” klubunun akademiyasında çalışan 47 yaşlı mütəxəssis mövsümün sonuna qədər “Beşiktaş”da baş məşqçilik edəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button