“Beşiktaş” İstanbula çağırdığı futbolçu ilə bağlı qərarını verdi
Son mövsümü “Hamburq”da keçirən Levis Holtbinin “Beşiktaş”la danışıqlar aparmaq üçün İstanbula getdiyini xəbər vermişdik.
Komanda.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aparılan danışıqlarda tərəflər arasında razılıq əldə olunmayıb. Buna səbəb isə futbolçunun yüksək məvacib tələb etməsi olub. “Ağ-qaralar” azad agent statusu daşıyan futbolçuya illik 1,8 milyon avro olmaqla, 2+1 illik müqavilə təklif etmişdi. 28 yaşlı futbolçu isə illik 2 milyon 250 min avro məvacib, 1,5 milyon avro imza pulu tələb edib.
Bu məbləği ödəmək niyyətində olmayan “Beşiktaş” rəhbərliyinin futbolçu ilə danışıqlara son verdiyi bildirilir.
Son mövsümü “Hamburq”da keçirən futbolçu, iştirak etdiyi 31 oyunda 5 qol, 6 məhsuldar ötürmə ilə yadda qalıb.
Bizi Facebook-da izləyin