“Beşiktaş” gec oyandı” – Azərbaycanda işləmiş baş məşqçi
Tovuzun “Turan” klubunun sabiq baş məşqçisi, hazırda Albaniya “Bylis”ini çalışdıran Naci Şensoy Türkiyə Super Liqasındakı rəqabət, komandaların çempionluq şansları barədə danışıb.
Türkiyəli mütəxəssis Komanda.az-a açıqlamasında cari mövsümdə “Qalatasaray”ın çempion olacağına inandığını bildirib:
“Bu mövsüm Türkiyə çempionatında “Qalatasaray” çempion olacaq. Çünki Okan Burukun yetirmələri buna layiq çıxış edir. “Fənərbaxça”da Jorje Jesusu maddi imkanlara baxmayaraq, uğursuz hesab edirəm”.
Şensoy “Beşiktaş”ın son matçlarda çox yaxşı çıxış etdiyini vurğulayıb:
“Beşiktaş” gec oyandı. Onlar Vensan Abubakarı transfer etdikdən və Natan Redmondu kluba uyğunlaşdırdıqdan sonra fərqli komandaya çevrildilər. Son qarşılaşmalarda “Beşiktaş” çox yaxşı performans sərgiləyir, amma bu, çempion olmaları üçün kifayət etməyəcək”.
Türkiyə Super Liqasının turnir cədvəlində “Qalatasaray” 73 xalla 1-ci, “Fənərbaxça” və “Beşiktaş” isə 68 xalla müvafiq olaraq, 2-ci və 3-cü pillədə qərarlaşıb.
Rövşən Əlisoy
Bizi Facebook-da izləyin