“Beşiktaş” fransız futbolçu ilə gücləndi
Türkiyənin “Beşiktaş” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Komanda.az xəbər verir ki, Super Liqa təmsilçisi Portuqaliyanın “Sportinq” (Lissabon) klubunun sağ cinah müdafiəçisi Valentin Rosyeni icarəyə götürüb.
Bu barədə İstanbul klubunun rəsmi saytı məlumat yayıb. 24 yaşlı fransız futbolçu yeni klubu ilə 1 illik icarə müqaviləsinə imza atıb.
Rosye peşəkar karyerasına ölkəsinin “Rodez” klubunda başlayıb. O, 2016-2019-cu illər aralığında “Dijon”da çıxış etdikdən sonra Portuqaliya klubuna transfer olunub. Valentin vaxtilə Fransanın U-21 yığmasının da üzvü olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin