
Türkiyə klubu Kante ilə maraqlanır
Səudiyyə Ərəbistanı çempionatında, “Əl-İttihad”da çıxış edən yarımmüdafiəçi Nqolo Kante Avropaya qayıda bilər.
Komanda.az “deadlinedaylive”-ə istinadən xəbər verir ki, fransalı futbolçunun karyerasını Türkiyə Super Liqasında davam etdirmək variantı var. “Beşiktaş” Kantenin xidmətinə maraq göstərir.
34 yaşlı oyunçunun “Əl-İttihad”la müqaviləsinin müddəti 2026-cı ilin ortalarına qədərdir. O, Səudiyyə Ərəbistanı çempionatının cari mövsümündə 22 oyun keçirib, 3 qol vurub və 2 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



