
“Beşiktaş” doğma meydanda uduzdu
Türkiyə Super Liqasında 27-ci tura yekun vurulub.
Komanda.az xəbər verir ki, son gündə bir oyun baş tutub.
“Beşiktaş” evdə “Qaziantep”lə qarşılaşıb. Üç qolluq oyun qonaqların əzmkar qələbəsiylə yekunlaşıb.
Hazırda 68 xala malik “Qalatasaray” vahid liderdir. “Fənərbaxça” 61, “Samsunspor” 50, “Beşiktaş” 44, “Eyüpspor” 43, “Göztəpə” və “Başakşəhər” 36, “Qaziantep” 35, “Rizəspor” və “Antalyaspor” 33, “Trabzonspor” və “Kasımpaşa” 32 xal toplayıblar.
Türkiyə Super Liqası
27-ci tur
7 mart
Bodrumspor – Kasımpaşa 1:0
Qol: Fredi, 73.
8 mart
Kayserispor – Başakşəhər 3:1
Qollar: Mane, 44. Bahoken, 67. Kardozo, 72 – Keni, 89.
Antalyaspor – Rizəspor 2:1
Qollar: Qaiç, 90; 90+8 – Sou, 58.
Trabzonspor – Hatayspor 1:2
Qollar: Zubkov, 42 – G.Sağlam, 21. Massanqa Matondo, 65.
9 mart
Sivasspor – Göztəpə 3:1
Qollar: Xarisis, 48. Boke, 66; 77 – Matsuki, 33.
Eyüpspor – Konyaspor 2:1
Qollar: E.Akbaba, 15-pen. U.Bozok, 77 – T.Taşçı, 58.
Samsunspor – Adana Dəmirspor 3:2
Qollar: S.Aydoğdu, 5; 11. E.Kılınç, 62 – S.Kavrazlı, 29. T.Aydoğan, 80
Alanyaspor – Qalatasaray 1:2
Qollar: Vilyena, 23 – F.Aliti, 51-öz qapısına. Osimhen, 62.
10 mart
Beşiktaş – Qaziantep 1:2
Qollar: İmmobile, 31-pen – A.Kızıldağ, 61. F.Soyalp, 87.
Bizi Facebook-da izləyin



