
“Beşiktaş” bunu 13 ildən sonra ilk dəfə yaşadı
“Beşiktaş” 13 ildən sonra ilk dəfə avrokubokların final mərhələsində iştirak etməyəcək.
Komanda.az xəbər verir ki, “qara qartallar” Konfrans Liqasının pley-off mərhələsinin cavab matçında İsveçrə “Lozanna”sına 0:1 hesabı ilə uduzub. Ümumi hesab “Beşiktaş”ın əleyhinə olub – 1:2.
İstanbul təmsilçisi ötən mövsümü turnir cədvəlində 4-cü yerdə başa vurmuşdu. “Beşiktaş” sonuncu dəfə 2021-ci ildə Türkiyədə çempion olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



