
“Beşiktaş”ın “radar”ındadır – “Bayern”in müdafiəçisi
“Bayern”in müdafiəçisi Erik Dayer cari mövsümün sonunda azad agent ola bilər.
Komanda.az “Takvim”-ə istinadən xəbər verir ki, “Beşiktaş” 31 yaşlı futbolçunu hədəfləyir.
“Qartallar”ın baş məşqçisi Ole Qunnar Sulşer ingiltərəli oyunçu ilə müqavilə imzalanmasında şəxsən maraqlıdır. Anlaşma “Bayern”in onunla razılaşmaması halında baş tuta bilər.
Dayer bu mövsüm Münhen komandasının heyətində 21 matçda iştirak edərək, 1 məhsuldar ötürmə verib. Onun klubu ilə müqaviləsinin müddəti iyulda başa çatacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin