“Beşiktaş”da baş məşqçi məsələsinə aydınlıq gəlib
Türkiyənin “Beşiktaş” klubunda baş məşqçi Fernando Santosun taleyinə aydınlıq gəlib.
Komanda.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, rəhbərlik 69 yaşlı mütəxəssislə mövsümün sonunadək yola davam etmək qərarına gəlib.
İstanbul təmsilçisi mövsümün sonunda ölkə kubokunu qazansa və Super Liqanı 3-cü sırada başa vursa, Santos komandada qalacaq.
“Beşiktaş” hazırda 46 xalla 4-cü pillədə qərarlaşıb. İstanbul təmsilçisi kubokun yarımfinalında “Ankaragücü” ilə qarşılaşacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin