“Beşiktaş” Azərbaycan millisində oynamış futbolçu ilə vidalaşdı

“Beşiktaş” futbolçusu Berkay Vardarla yollarını ayırıb.

Komanda.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

İstanbul təmsilçisi 21 yaşlı dayaq yarımmüdafiəçisi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verib.

“Beşiktaş”ın yetirməsi olan Vardar mövsümün əvvəlindən qış fasiləsinə qədər icarə əsasında Moldova “Şerif”ində çıxış edib.

Vardar Azərbaycanın U-17 və U-19 millilərinin hərəsində 3 oyun keçirib. O, hər iki millidə 1 qol vurmağı da bacarıb. Berkay daha sonra Türkiyənin U-21 millisində 1 matçda iştirak edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button