“Beşiktaş” amerikalı futbolçusunu icarəyə verdi
Türkiyənin “Beşiktaş” klubu ABŞ yığmasının da üzvü olan yarımmüdafiəçisi Tayler Boydu yenidən icarəyə göndərib.
Komanda.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin rəsmi saytı məlumat yayıb.
26 yaşlı futbolçu bu mövsümün sonuna kimi Super Liqanın digər təmsilçisi “Rizəspor”da forma geyinəcək. Amerikalı vinger artıq yeni klubu ilə müqavilə bağlayıb və komanda ilə məşqlərə başlayıb.
Tayler Boyd 2019-cu ildən “Beşiktaş”dadır. “Qara qartallar”la 2023-cü ilin yayına qədər müqaviləsi olan yarımmüdafiəçi, ötən mövsümün ikinci dövrəsini də “Sivasspor”da icarədə keçirmişdi.
Yeri gəlmişkən, “Beşiktaş”ın “Çelsi”dən icarəyə götürdüyü Mişi Batşuayinin İstanbul təmsilçisinə neçəyə başa gəldiyi müəyyənləşib. Türkiyə klubu 1 illik icarəyə götürdüyü belçikalı forvarda bütövlükdə 3 milyon 165 min avro ödəyəcək. London klubu isə bu keçidə görə 150 min avro qazanıb.
Bizi Facebook-da izləyin