“Beşiktaş” 5 futbolçu ilə yollarını ayıracaq
“Beşiktaş” mövsümün sonunda heyətində böyük dəyişikliklər edəcək.
Komanda.az xəbər verir ki, İstanbul təmsilçisi baş məşqçi Fernando Santosun planlarında yer almayan 5 futbolçu ilə yollarını ayıracaq.
Cenk Tosun və Salih Uçan yeni müqavilə ilə bağlı klubla razılığa gəlməyib. Onlara yeni sözləşmə təklif edilməyəcək. Umut Meraş və Reşid Qezzalın da müqaviləsi uzadılmayacaq.
Emrecan Uzunhanın isə performansı məşqçilər korpusunu qane etmir. “Qara qartallar” 21 yaşlı mərkəz müdafiəçisi üçün gələn təklifləri dəyərləndirəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin