“Beşiktaş” 39 yaşlı futbolçunu heyətinə qatıb
Türkiyənin “Beşiktaş” klubu heyətini yeni futbolçu gücləndirib.
Komanda.az yerli mətbuata istinadən xəbər verir ki, İstanbul təmsilçisi 39 yaşlı yarımmüdafiəçi Gökhan İnlerlə anlaşıb.
Təcrübəli oyunçu bir mövsüm “ağ-qaralar”ın formasını geyinəcək və daha sonra idman direktoru kimi fəaliyyətə başlayacaq.
Gökhan İnler 2016/2017 mövsümündə “Beşiktaş”ın heyətində Türkiyə Super Liqasının qalibi olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin