“Beşiktaş” 100 minlik mükafat təyin etdi – Derbidə qələbəyə
“Beşiktaş” klubunun futbolçuları Türkiyə Super Liqasının 31-ci turunda “Qalatasaray”ı səfərdə məğlub edəcəkləri təqdirdə böyük məbləğdə mükafat əldə edəcəklər.
Komanda.az “NTV Spor”a istinadən xəbər verir ki, klub rəhbərliyi İstanbul derbisində qalibiyyətə görə hər oyunçuya 100 min lirə ödəyəcək.
Bundan başqa, 28-ci tur çərçivəsində evdə “Başakşəhər”i üstələdikləri üçün nəzərdə tutulan 60 min lirə mükafat da “Qalatasaray”la oyun ərəfəsində futbolçuların hesablarına köçürüləcək.
Qeyd edək ki, 34 turdan ibarət Türkiyə Super Liqasında 62 xala malik “Başakşəhər” liderdi. İkinci yerdə qərarlaşan “Qalatasaray”ın 60, üçüncü olan “Beşiktaş”ın isə 59 xalı var.
“Qalatasaray” – “Beşiktaş” matçı mayın 5-də keçiriləcək və saat 20:00-da start götürəcək.
Bizi Facebook-da izləyin