“Beşiktaş” 1/4 finala penaltilərlə vəsiqə qazandı
Futbol üzrə Türkiyə kubokunda 1/8 final mərhələsinə yekun vurulub.
Komanda.az xəbər verir ki, sonuncu oyun günündə iki qarşılaşma baş tutub.
Əvvəlcə “Alanyaspor” doğma meydanda “Adana Dəmirspor”la qarşılaşıb. Əsas və əlavə vaxtı heç-heçə bitən matçın qalibini müəyyənləşdirmək üçün penalti seriyasına ehtiyac duyulub. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən Alanya təmsilçisi 1/4 finala yüksəlib.
Ötən mövsümün qalibi “Beşiktaş” isə bu mərhələdə “Göztəpə” ilə üzləşib. Bu matçın əsas və əlavə vaxtında ümumiyyətlə qapılara qol vurulmayıb. Penalti seriyasında isə İstanbul təmsilçisi şanslı olub və növbəti mərhələyə vəsiqə qazanıb.
Xatırladaq ki, daha önəc “Qaziantep”, “Fatih Karagümrük”, “Kayserispor”, “Sivasspor”, “Antalyaspor” və “Trabzonspor” da 1/4 finala vəsiqə qazanmışdı.
Türkiyə kuboku, 1/8 final
8 fevral
Kasımpaşa – Qaziantep 1:2
Qol: Oanes, 31 – Fiqeyredo, 42. Maksim, 81.
Fatih Karagümrük – Konyaspor 5:4
Qol: L.Mərcan, 7. A.Musa, 28. Borini, 67; 80-pen. E.Mor, 101 – Koka, 11; 21-pün. Amilton, 60. M.Çağıran, 87.
Fənərbaxça – Kayserispor 0:1
Qol: R.Çivelek, 90+4.
9 fevral
Bandırmaspor – Sivasspor 2:4
Qol: L.Ayçiçek, 34. Landel, 54 – Qradel, 2; 45+3; 89. Appyadanqoye, 79.
Hatayspor – Antalyaspor 0:2
Qol: Nado, 83. Rayt, 87.
Dənizlispor – Trabzonspor 1:2
Qol: M.Cecenoğlu, 58 – H.Türkmən, 8. Kouassi, 77.
10 fevral
Alanyaspor – Adana Dəmirspor 1:1 (penaltilər 4:2)
Qol: Eduardo, 22 – E.Öztümer, 38.
Beşiktaş – Göztəpə 0:0 (penaltilər 3:1)
Bizi Facebook-da izləyin