Beş təcavüzdə ittiham olunan futbolçu azadlığa buraxılıb – Girov müqabilində

“Arsenal”ın keçmiş yarımmüdafiəçisi Tomas Parti Londonda məhkəmə qarşısına çıxıb.

Komanda.az “Reuters”-ə istinadən xəbər verir ki, beş təcavüz hadisəsində ittiham olunan 32 yaşlı futbolçu sentyabrın 2-də keçiriləcək növbəti iclasa qədər girov müqabilində azadlığa buraxılıb. Partidən hansısa ittihamla bağlı izahat verməsi istənilməyib.

Qanalı oyunçu iki qadınla bağlı beş zorlamada, həmçinin, daha bir qadına qarşı cinsi zorakılıqda ittiham olunur. Bütün cinayətlər 2021-ci ilin aprelindən 2022-ci ilin iyununadək olan dövrdə baş verib.

Parti 2020-ci ildə “Atletiko”dan “Arsenal”a 50 milyon avro qarşılığında transfer olunmuşdu. Onun müddəti bu yay başa çatan müqaviləsi yenilənməyib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button