“Başqa ölkədə çalışmağa qarşı deyiləm” – Poçettino
Son olaraq “Tottenhem”i çalışdıran Maurisio Poçettino komandadan ayrılması və gələcək karyerası ilə bağlı açıqlama verib.
Komanda.az xəbər verir ki, İngiltərə mətbuatına danışan argentinalı mütəxəssis, bunları deyib:
“Beş il sonra “Tottenhem”dən ayrılmaq çətin oldu. Komandanı formalaşdırmaq və uğur qazanmaq üçün çox çalışdım, amma bununla barışmalıyam. Fikirlərim dəyişdi, fərqli planlar üçün fürsət yarandı.
Premyer Liqanı sevirəm və hələ də bu liqanın dünyanın ən yaxşısı olduğunu düşünürəm. Premyer Liqada çalışmaq seçimlərdən biridir və açığı, mən də buna daha çox üstünlük verirəm. Amma başqa ölkədə çalışmağa da qarşı deyiləm. İndi əsas fikrim burda qalmaq, çalışmaqdır. Başqa ölkəyə getmək mənim və ailəm üçün çətin olar, amma mümkünsüz deyil.
Hansı layihənin bizim üçün daha yaxşı olacağını bilmək çox çətindir. Futbola nə zaman qayıdacam, bilmirəm, amma enerji doluyam və bunu etməyə hazıram”.
Bizi Facebook-da izləyin