
Beş dünya çempionatında çıxış edən futbolçu vəfat edib
Beş dünya çempionatında çıxış edən ilk futbolçu olan Antonio Karbahal vəfat edib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, meksikalı sabiq qapıçı 94 yaşında ölüb.
O, 1950-ci ildə Braziliyada, 1954-cü ildə İsveçrədə, 1958-ci ildə İsveçdə, 1962-ci ildə Çilidə və 1966-cı ildə İngiltərədə keçirilən dünya çempionatlarında çıxış edib.
1998-ci ildə almaniyalı Lotar Matteus, növbəti illərdə isə Karbahalın həmyerlisi Rafael Markes, argentinalı Lionel Messi və portuqaliyalı Kriştiano Ronaldo onun rekorduna şərik çıxıblar.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin