Seneqallı futbolçu beş klubun “radar”ındadır

“Everton”un futbolçusu İlman Ndiaye Avropanın böyük klublarının marağına səbəb olub.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Tottenhem”, “Nyukasl”, “Yuventus”, “Milan” və “Atletiko” seneqallı oyunçuyla maraqlanır. “Tottenhem”in onu əsas transfer hədəfi kimi nəzərdən keçirdiyi bildirilir, çünki klub bu qış hücum xəttini gücləndirmək istəyir.

Ndiaye bu mövsüm İngiltərə Premyer Liqasında 11 oyunda meydana çıxıb, 4 qol vurub və 1 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button