Bertran Krasson: “İlk oyundakı faciəni unutdurmalıyıq”
Lüksemburqun “Düdelanj” klubunun baş məşqçisi Bertran Krassonun Avropa Liqasının qrup mərhələsinin sonuncu – 6-cı turunda “Qarabağ”la qarşılaşacaqları oyundan əvvəl mətbuat konfransı keçirilib.
Komanda.az xəbər verir ki, Krasson matçla bağlı jurnalistlərin suallarını cavablandırıb:
- Bu oyun o qədər də əhəmiyyətli deyil. Hissləriniz nədən ibarətdi?
- Biz də istəyirik ki, istirahətdən əvvəl bu oyunu yekunlaşdıraq. Bu oyunun “Qarabağ” üçün əhəmiyyəti var. Bizim üçün mühüm önəm daşımasa da, sona qədər döyüşəcəyik.
- İlk oyunda 1:4 hesabıyla uduzmusuz, sabah nəyə ümid edirsiz?
- Son oyun bizim üçün faciəvi oldu. Bu, bir növ fərdi səhvlərdən, oyunun dayandırılmasıyla, qırmızı vərəqəylə bağlı olsa da, faciəvi idi. Səhvlərimizi təkrarlamamalıyıq. Elə etməliyik ki, o faciəvi gecəni unudaq.
Şahin Cəfərov
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin