“Silva ilə bağlı heç bir müzakirə yoxdur” – klub rəsmisi

“Mançester Siti”nin baş direktoru Ferran Soriano yarımmüdafiəçi Bernardo Silvanın bu yay klubu tərk edəcəyi ilə bağlı yayılan xəbərləri təkzib edib.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, klub rəsmisi, Silvanın “şəhərlilər”dən ayrılması ilə bağlı heç bir müzakirə olmadığını deyib:

“Bernardo Silva ilə bağlı heç bir müzakirə və ya danışıqlar yoxdur”.

Daha əvvəl çıxan xəbərlərdə “Mançester Siti”nin Silvanı saxlamaq üçün onunla yeni müqavilə imzalamağa hazır olduğu bildirilirdi. Futbolçu ilə “Barselona”nın yaxından maraqlandığı deyilir.

28 yaşlı futbolçu 2017-ci ilin iyulundan “Mançester Siti”də çıxış edir. O, bu mövsüm 3 matçda iştirak edib, 1 qol vurub və 1 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button