
Berluskoni xəstəxanalıq oldu
“Milan”ın sabiq rəhbəri Silvio Berluskoni xəstəxanaya yerləşdirilib.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, hazırda İtaliya C Seriyası təmsilçisi “Montsa”da prezidentlik edən Berluskoni, böyrəklərində olan ağrılar səbəbiylə San Rafaello xəstəxanasına aparılıb. 82 yaşlı iş adamının sağlıq vəziyyətinin yaxşı olduğu bildirilir.
1986-2017-ci illər aralığında “Milan”a rəhbərlik edən Berluskoni, 2017-ci ildə klubu çinli iş adamlarına satıb.
Berluskoni 2008-2011-ci illər aralığında İtaliyanın baş naziri olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin