Berlində qatar yandı, 700-ə yaxın azarkeş… FOTOLAR

Almaniya Bundesliqasının 8-ci turunun “Yunion” (Berlin) – “Frayburq” qarşılaşmasından sonra qatarla evinə yollanan azarkeşlər xoşagəlməz hadisə ilə üzləşib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, 700-ə yaxın “Frayburq” azarkeşinin də olduğu qatar yanmağa başlayıb. Hadisə Berlinin mərkəzində, “Belvyu” stansiyasında baş verib. Yanğın zamanı qatarda olan bütün sərnişinlər təxliyə edilib.

Hadisə zamanı ciddi xəsarət alan olmayıb. Sərnişinlər ehtiyat qatarların reysə buraxılmasından sonra evinə yollanıb.

“Yunion” – “Frayburq” oyunu meydan sahiblərinin 2:0 hesablı qələbəsiylə başa çatıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button