
Berezutski: “Sumqayıt”ın qapısına vurmadığımız bütün qolları vurduq”
“Sabah”ın baş məşqçisi Vasili Berezutski Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab oyununda “Sumqayıt”ı 4:0 hesabı ilə məğlub etdikləri matç haqda danışıb.
Komanda.az xəbər verir ki, o, görüşlə bağlı bunları deyib:
“Kubok oyunları heç vaxt asan keçmir. Bu gün demək olar ki, əvvəlki iki oyunda “Sumqayıt”ın qapısına vurmadığımız bütün qolları vurduq. Futbolçularımın hər birinə təşəkkür edirəm.
Kubokda hamının şansları bərabərdir. Əvvəldən nəsə deməyək. “Neftçi” sabah cavab görüşünə çıxacaq. Bütün oyunlara eyni cür hazırlaşırıq”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin