Berdıyev “Turan Tovuz”dan ayrılır? – AÇIQLAMA
İddiaya görə, türkmənistanlı mütəxəssis Kurban Berdiyev “Turan Tovuz”dan ayrılıb.
Bu məlumatı Rusiya mətbuatı yayıb.
“Legalbet.ru” portalı Berdıyevin rəhbərliklə dəfələrlə konfliktə girdiyini və sonda “Turan Tovuz”u tərk etmək qərarını verdiyini yazıb.
Komanda.az bu məsələ ilə bağlı bölgə təmsiliçisinin mətbuat xidmətinin rəhbəri Süleyman Tağıyevlə əlaqə saxlayıb. Klub rəsmisi məlumatın yalan olduğunu bildirib:
“Dezinformasiyadır. Yalan məlumatdır. Berdıyev burada, bazadadır və işinin başındadır”.
İddiaya görə, Tovuz klubu artıq Vasili Berezutski, Dmitri Smirnov və Aleksandr Naqornı kimi məşqçilərlə danışıqlar aparır.
Fəxri Rüstəmli
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin