
Berdıyev: “Tatarstan Respublikasının rəhbərliyinin səbri bizim üçün dəyərli oldu”
“Turan-Tovuz”un baş məşqçisi Kurban Berdıyev Rusiyanın “Rubin” klubunun “Ak Bars Arena” stadionunda onun adını daşıyan sektorun açılışında iştirak edib.
Komanda az xəbər verir ki, o, tədbir çərçivəsində Kazan təmsilçisinin azarkeşləri ilə xatirə şəkli çəkdirib və Premyer Liqanın “Fakel”lə oyunu öncəsi topa simvolik zərbə endirib.
Berdiyev “Bo Sport”-a bununla bağlı açıqlama verib:
“Bizə göstərdikləri diqqətə görə azarkeşlərə və kluba təşəkkür edirəm. Bizə deyəndə, məşqçilər korpusunu nəzərdə tuturam. Mənim şəxsimdə bura Çerepanov, Kafanov, Urazxatov, Matsyura və Kunduxov daxildir. Azarkeşlərin sevgisi, onların hörməti, Tatarstan Respublikasının rəhbərliyinin səbri bizim üçün dəyərli oldu”.
Berdiyev 2001-13 və 2017-19-cu illərdə “Rubin”i çalışdırıb. Onun rəhbərliyi altında komanda iki dəfə Rusiya çempionatının, Rusiya superkubokunun və ölkə kubokunun qalibi olub.
Bizi Facebook-da izləyin