
Berdıyev qələbə qazandıqları oyundan razı qalmayıb
“Turan Tovuz” bu gün Azərbaycan Premyer Liqasının 9-cu turunun açılış matçında “Karvan-Yevlax”la qarşılaşıb.
Komanda.az xəbər verir ki, Şamaxı şəhər stadionunda keçirilən matçdan sonra tovuzluların baş məşqçisi Kurban Berdıyevin mətbuat konfransı olub. Türkmənistanlı çalışdırıcı 2:1 hesabı ilə qalib gəldikləri oyunu belə şərh edib:
“Çox çətin oyun oldu. Biz bilirdik ki, “Karvan” çox güclü əks-hücumlar edəcək. Belə epizodların birində də fərqləndilər. Uşaqlara təşəkkür etmək istəyirəm, geridönüş edə bildilər.
Ümumi olaraq, oyundan razı qalmadım. Səhvlərimiz üzərində işləyəcəyik.
Rəhim Sadıxov yaxşı məşqlər etmişdi. Ümumiyyətlə, keçən oyunda da yaxşı çıxış etmişdi, ona görə də, seçimimiz onun üzərində oldu”.
“Turan Tovuz” növbəti turda “Şamaxı”nı qəbul edəcək.
Fəxri Rüstəmli
Bizi Facebook-da izləyin



