Rus futbolçu “Turan Tovuz”un baş məşqçisi haqda: “İki söz deyirdi, hər şey dərhal aydın olurdu”

“Zenit-2”nin (Rusiya) müdafiəçisi Denis Terentyev Kurban Berdıyevlə işləməyin özəlliklərindən danışıb.

O, “Rostov”un heyətində çıxış edərkən komandanı məhz Berdıyev çalışdırıb. Həmin dövrdə “Rostov” Rusiya Premyer Liqasında gümüş medal qazanaraq, UEFA Çempionlar Liqasının qrup mərhələsinə yüksəlmişdi.

Komanda.az “Metaratings”-ə istinadən xəbər verir ki, rusiyalı futbolçu, Berdıyevin onun üçün ən nüfuzlu məşqçi olduğunu bildirib:

“Kurban Berdıyev postsovet məkanında mənim üçün ən nüfuzlu məşqçidir. O, iki söz deyirdi, hər şey dərhal aydın olurdu. Çox xırda detala fikir verirdi”.

2016/17 mövsümündə Berdıyevin komandası evdə həm Amsterdam “Ayaks”ını, həm də “Bayern”i məğlub etmişdi. Daha sonra UEFA Avropa Liqasına düşərək, “Mançester Yunayted”ə uduzub turnirlə vidalaşmışdı.

Kurban Berdıyev hazırda “Turan Tovuz”un baş məşqçisidir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button