Berdıyev: “Heç-heçə qanunauyğun oldu”

“Turan Tovuz” bu gün Azərbaycan Premyer Liqasının 8-ci turunda səfərdə “Şamaxı”nın qonağı olub.

Komanda.az xəbər verir ki, 2:2 hesabı ilə bitən matçdan sonra qərb klubunun baş məşqçisi Kurban Berdıyevin mətbuat konfransı keçirilib. Türkmənistanlı çalışdırıcı heç-heçənin qanunauyğun olduğunu bildirib:

“Düşünürəm ki, heç-heçə qanunauyğun oldu. Baxmayaraq ki, oyunun son dəqiqələrini üstün keçirdik. Mənə elə gəlir ki, ədalətli nəticədir.

Miller zədəli idi, ona görə, sonradan oyuna daxil etdim. Digər iki oyunçum meydanda yaxşı görünürdü. Ona görə də, belə qərar verdik. Əvvəlki oyunlarda da belə hallar olurdu.

Dediyimiz kimi, kim məşqdə özünü yaxşı tərəfdən göstərirsə, o da oynayacaq.

Buna eniş deməzdim. Düzdür, nəticələr bizi qane etmir, amma bu, eniş deyil”.

“Turan Tovuz” növbəti turda evdə “Zirə”ni qəbul edəcək.

Fəxri Rüstəmli

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button