
Benzialı Əlcəzair yığmasından inamlı qələbə
Futbol üzrə Əlcəzair millisi DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində səfərdə Botsvananın qonağı olub.
Komanda.az xəbər verir ki, “Qarabağ”ın futbolçusu Yassin Benzianın da çıxış etdiyi Əlcəzair yığması matçdan 3:1 hesablı qələbə ilə ayrılıb.
Start heyətində meydana çıxan Benzia 83-cü dəqiqədə əvəzlənib.
5 turdan sonra Əlcəzair komandası G qrupunda 12 xalla ilk pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



