Benzemanın heç vaxt səviyyəsinə çata bilməyəcəyi 2 futbolçu

“Real”ın fransalı hücumçusu Kərim Benzema klubun iki sabiq futbolçusu – Ronaldo (braziliyalı) və Zinəddin Zidan haqda fikirlərini bölüşüb.

Komanda.az xəbər verir ki, klubun rəsmi saytına danışan Benzema, heç vaxt bu iki keçmiş futbolçunun səviyyəsinə çata bilməyəcəyini deyib:

“Mən Zizu və Ronaldonu ötməmişəm. Biz fərqliyik. Onlar mənim kumirlərimdir. Onların etdiklərini meydanda edə bilmərəm. Mən heç vaxt bu ikisinin səviyyəsinə çatmayacam. Onlar “qızıl top”u qazandılar, mən də. Amma onların səviyyəsinə çatmaq çətindir.

Mənim oyun tərzim bir az belədir… Kiçik olanda böyüklərlə oynayırdım. Bu səbəbdən, daha tez düşünməli oldum. Daha sürətli hərəkət etmək, daha kəskin zərbələr etmək lazım idi. İndi mənim futbolum tək toxunuşlu oyundur. Topu alanda nə edəcəyimi bilirəm.

Düşünürəm ki, bu mövsüm çox yaxşı keçəcək. Ona görə yox ki, çoxlu qol vuracam. Sadəcə olaraq, komandanın baş məşqçinin tapşırıqlarını yerinə yetirmək üçün motivasiyasını görürəm”.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button