“Benzemanın fiziki durumu çox yaxşıdır” – Haland
“Mançester Siti”nin futbolçusu Erlinq Haland Kərim Benzema haqda danışıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, 12 ildən sonra fransalı hücumçu ilə eyni formada olacağına ümid edir:
“Benzemanın fiziki durumu çox yaxşıdır. Onun indi 35 yaşı var, mənim isə 22. Ümid edirəm ki, 12 ildən sonra mən də onunla eyni vəziyyətdə olacam”.
Haland bu mövsüm “şəhərlilər”in heyətində 21 qol vuraraq, İngiltərə Premyer Liqasının bombardirlər cədvəlinə başçılıq edir.
Benzema bu mövsüm “Real”ın heyətində İspaniya La Liqasında 9 oyuna çıxıb, 8 qol vurub və 1 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin