Benzemanı geridə qoydu, ÇL-in yeni rekordçusuna çevrildi

İngiltərənin “Mançester Siti” klubunun müdafiəçisi Riko Luis UEFA Çempionlar Liqasının tarixinə düşüb.

Komanda.az xəbər verir ki, ingiltərəli oyunçu buna ÇL-in qrup mərhələsinin 6-cı turu çərçivəsində “Sevilya”ya (İspaniya) 3:1 hesabı ilə qalib gəldikləri oyunda nail olub.

52-ci dəqiqədə “şəhərlilər”in ilk qoluna imza atan sağ cinah müdafiəçisi qitənin bir nömrəli klub turnirində fərqlənən ən gənc futbolçuya çevrilib. Luis 17 yaş 346-cı günündə bunu bacarıb.

Əvvəlki rekord hazırda İspaniyanın “Real” klubunda çıxış edən Kərim Benzemaya məxsusdur. Təcrübəli forvard 2005-ci ildə Lion “Olimpik”ində (Fransa) çıxış edən vaxt 17 yaş 352-ci günündə Norveç “Rusenborq”u ilə qarşılaşmada qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button