
Benzemadan özünü ən yaxşı sayan Ronaldoya cavab
“Əl-İttihad”ın hücumçusu Kərim Benzema özünü tarixin ən yaxşı futbolçusu elan edən “Əl-Nəsr”in portuqaliyalı forvardı Kriştiano Ronaldoya cavab verib.
Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, fransalı futbolçu bu məsələdə hər kəsin öz fikrinin olduğunu bildirib, həmçinin, kimin onun üçün ən yaxşı oyunçu olduğunu da açıqlayıb:
“Məsələn, mənim üçün ən yaxşısı braziliyalı Ronaldodur. Kriştiano Ronaldo istənilən halda çox yaxşıdır”.
Benzema və Ronaldo uzun müddət “Real”da birgə çıxış ediblər. Ronaldo bu mövsüm ümumilikdə 28 oyun keçirib, 24 qol vurub və 4 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin