
Benzemadan ilk və rekord
İspaniya La Liqasının 27-ci turunun “Valyadolid”lə matçı “Real”ın hücumçusu Kərim Benzema üçün əlamətdar olub.
Komanda.az xəbər verir ki, Fransadan olan 35 yaşlı futbolçu 6:0 hesabıyla qalib gəldikləri bu matçda het-trikə imza atıb.
O, 29, 32 və 36-cı dəqiqələrdə fərqlənməklə karyerasında ilkə imza atıb. Belə ki, təcrübəli futbolçu ilk dəfə hansısa matçın birinci hissəsində 3 qol vurub.
Benzema həm də Madrid təmsilçisində ardıcıl 11 mövsümdə azı 20 qol vurmağı bacaran ilk futbolçuya çevrilib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin