Benzema yenidən “Real”ın düşərgəsində

“Əl-İttihad”ın hücumçusu Kərim Benzema “Real”ın düşərgəsinə gəlib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “kral klubu” 36 yaşlı fransalı futbolçuya zədəsini sağaltmağa kömək edəcək. Səudiyyə Ərəbistanı klubu göstərdiyi köməyə görə “Real”a təşəkkür edib.

2023-cü il iyulun 1-də “Əl-İttihad”a keçən Benzema 2026-cı il iyunun 30-na qədər bu kluba məxsusdur.

Benzema bu mövsüm 29 oyun keçirib, 13 qol vurub və 8 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button