Benzema komanda “qurdu”, Messi ilə Ronaldonun adını çəkmədi

“Əl-İttihad”ın hücumçusu Kərim Benzema arzuladığı komanda haqda danışıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, fransalı futbolçu Manuel Noyeri komandasının qapıçısı kimi görüb: Müdafiəçilər: Dani Alveş, Pepe, Serxio Ramos, Marselo. Yarımmüdafiəçilər: Klod Makelele, Pol Poqba, Zinəddin Zidan, Ronaldinyo.

Benzema “Real”da birlikdə oynadığı hücumçu Kriştiano Ronaldonu və Lionel Messini komandasına qatmayıb.

35 yaşlı futbolçu 2023-cü ilin iyulundan “Əl-İttihad”da çıxış edir. Bu mövsüm o, 16 oyun keçirib, 10 qol vurub və 4 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button