
Benzema məşqlərdən uzaqlaşdırılıb
Fransalı hücumçu Kərim Benzema məşqlərdən kənarlaşdırılıb və Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubunun qarşıdakı toplanışında iştirak etməyəcək.
Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, bu qərar oyunçunun cümə günü komandanın olduğu yerə gəlməməsindən sonra verilib.
“Əl-İttihad” mövsümə hazırlaşmaq üçün bazar günü Dubaya gedəcək. Benzema Milad tətili başlamazdan əvvəl, dekabrın sonunda komandanın üç məşqini buraxıb.
36 yaşlı forvard 2023-cü ilin yayında “Əl-İttihad”a keçib. Hücumçu komandanın heyətində 20 oyun keçirib, 12 qol vurub, 5 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin