Benzema Türkiyə klubunun hədəfindədir

Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubunda çıxış edən “Real”ın sabiq hücumçusu Kərim Benzema Türkiyə təmsilçisinin maraq dairəsindədir.

Komanda.az xəbər verir ki, bu barədə “Fotomaç” məlumat yayıb.

Nəşrin yazdığına görə, “Fənərbaxça” Benzemanı komandaya qoşulmağa razı salmağa çalışacaq. 37 yaşlı hücumçunu heyətinə qatmaq üçün klub ümidləri doğrultmayan forvardı Con Duranı “qurban verməyə” hazırdır.

Benzema bu mövsüm bütün turnirlərdə 4 matçda meydana çıxıb və 3 qol vurub. Fransalı futbolçunun “Əl-İttihad”la hazırkı müqaviləsi gələn ilin yayında başa çatacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button