Benzema Səudiyyə Ərəbistanı çempionatının səviyyəsindən narazıdır

“Əl-İttihad”ın hücumçusu Kərim Benzema Səudiyyə Ərəbistanı çempionatının səviyyəsinin aşağı olması səbəbindən klubu tərk etmək istəyir.

Komanda.az “Relevo”-ya istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı çempionatının imic itkilərinin qarşısını almaq üçün 36 yaşlı fransalı forvarda daha güclü komandaya keçmək təklif oluna bilər.

Qeyd olunur ki, Benzemanın Səudiyyə Ərəbistanının başqa klubuna keçidi yalnız digər ulduz futbolçuların çempionata keçməsi şərti ilə baş tutacaq.

Benzema bu mövsüm 29 oyunda 13 qol vurub, 8 məhsuldar ötürmə edib.

“Əl İttihad” Səudiyyə Ərəbistanı çempionatının turnir cədvəlində 51 xalla 5-ci yerdədir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button