Benzema “Real”a qayıdacaq?

“Əl-İttihad”ın hücumçusu Kərim Benzemanın qardaşı futbolçunun “Reala” qayıdacağı ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Komanda.az xarici KiV-ə istinadən xəbər verir ki, Benzemanın qardaşı həmin məlumatları “saxta xəbərlər” adlandırıb.

Daha əvvəl bildirilirdi ki, “Real”ın baş məşqçisi Karlo Ançelotti komandanın keçmiş hücumçusu Benzemanı geri qaytarmaqda israrlıdır.

Benzema ötən yay azad agent kimi “Əl-İttihad”a keçib. Bu mövsüm forvard bütün turnirlərdə 24 oyuna çıxıb, 15 qol vurub və 5 qolun ötürməsini verib. Onun Səudiyyə Ərəbistanı klubu ilə müqaviləsi 2026-cı ilin iyun ayına qədər nəzərdə tutulub. 

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button