
Benzema PSJ-yə keçə bilər
“Əl-İttihad”ın hücumçusu Kərim Benzema vətəninə qayıda bilər.
Komanda.az “Sports Zone”-yə istinadən xəbər verir ki, fransalı forvardla PSJ maraqlanır. Parislilər Benzemanı cari mövsümün sonuna qədər icarəyə götürmək variantını nəzərdən keçirirlər.
Benzema 2023-cü ilin yayında azad agent kimi Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubuna keçib. O, bu mövsüm komandanın heyətində bütün turnirlərdə 11 oyuna çıxıb, 6 qol vurub və 3 məhsuldar ötürmə edib. Hücumçunun klubla müqaviləsi 2026-cı ilə qədər nəzərdə tutulub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin